Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

UEFA “Barselona” klubunu cərimələyib

 

UEFA İspaniyanın “Barselona” klubunu cərimələyib.

Yenixeber.org xəbər verir ki, buna UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Fransa təmsilçisi PSJ ilə oyunda azarkeşlərin davranışı səbəb olub.

Kataloniyalıların fanatları komandalarının 1:4 hesabı ilə məğlub olduqları cavab qarşılaşmasında rəqibin futbolçusu Usman Dembeleyə qarşı irqçi jestlər edib, şüarlar səsləndiriblər. Parislilər buna görə UEFA-ya şikayət məktubu göndəriblər.

Qitə futbol qurumu “Barselona”nı 32 min avro cərimələyib. Eyni zamanda ispanların ÇL-in bir səfər görüşü üçün bilet satışına şərti qadağa qoyulub. Azarkeşlər qarşıdakı bir il ərzində bu hərəkəti təkrarlasalar, komanda turnirdəki növbəti səfər görüşünü azarkeş dəstəyi olmadan keçirəcək.

Qeyd edək ki, iki oyunun cəmində PSJ-yə 4:6 (3:2, 1:4) hesabı ilə məğlub olan “Barselona” mübarizəni dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam