Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

UFC prezidenti -Həbib Nurməhəmmədovun qarşıdakı görüşündən danışdı

Həbib Nurməhəmmədov UFC-yə qayıdışına eyham vurub
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-yə qayıdışına işarə edib.

Yenixeber.org: İdmançı bu barədə özünün instaqramdakı hesabında bildirib.

"Tezliklə görüşəcəyik", - rusiyalı kəmər sahibi UFC rəhbəri Deyn Uaytla birlikdə çəkdirdiyi şəklinin altında yazıb. Rusiya mediası bunu Həbib Nurməhəmmədovun Mütləq Döyüş Çempionatına qayıdışına eyham kimi qiymətləndirib.

Oktyabrın 25-də Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda gerçəkləşən UFC 254 turnirində Nurməhəmmədov rəqibini ikinci raundda boğucu fəndlə üstələyib.

Nurməhəmmədov döyüşdən sonra karyerasının tamamlandığını elan edib. Onun aktivində 29 qələbə var, rusiyalı kəmər sahibi heç bir döyüşdə məğlub olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam