Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Boksçularımız reytinqdə 1-cidirlər

 

Ümumdünya Boks Seriyası (WSB) 9-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. “Baku Fires” klubunun iki üzvü reytinqdə 1-ci yeri tutur. 

"Xeberinfo.com":   AzNews.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyiciləri amerikalı Fransisko Martinez və irlandiyalı Maykl Konlandır.

Albert Səlimov da fərdi reytinqdə 1-ci yeri tutur. 4 görüşdən sonra 20 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (18 xal) və rusiyalı Adlan Abduraşidovu (15 xal) qabaqlayır.

Heybətulla Hacəliyev (64 kq) Venesuela boksçusu üzərində qələbədən sonra 2-ci pilləyə yüksəlib. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı Raul Qarsiya 18 xalla 3-cüdür.

69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov reytinqdə 4-cü yerdədir. Bu çəkidə Rəcəb Butayev (Rusiya) liderdir. Mərakeşli Məhəmməd Rabii və irlandiyalı Stiver Donelli 2-3-ci yerləri tuturlar. Amma Bağırov digər rəqiblərinə nisbətən 1 görüş az keçirib.

Soltan Migitinov 81 kq çəki dərəcəsində reytinqdə 5-ci sıradadır. O, kubalı Julio La Kruz Pereza, italiyalı Valentino Manfredonia, xorvatiyalı Hrvoje Sep və rusiyalı Pavel Silyagindən geri qalır.

“Caciques Venezuela” klubu ilə qarşılaşmada nokautla növbəti qələbəsini qazanan Abdulqadir Abdullayev (91 kq) hələ ki fərdi reytinqdə 4-cü yeri tutur. “Baku Fires” klubunun üzvü 4 görüşdən sonra 20 xal toplayıb. Qazaxıstan boksçusu Vasili Levit bu çəkidə liderdir. Kuba təmsilçisi Erislandi Savon 2-ci, polşalı İqor Yakubovski isə 3-cü yeri tutur. Abdullayev liderdən 3 xal geri qalır.

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 3-cü pillədədir. Siyahıya 20 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədir.

Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam