Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

14 nəfərin Azərbaycandan -Gürcüstana keçməsinin qarşısı alınıb

Yarısı azyaşlı olmaqla 14 nəfərin Azərbaycandan Gürcüstana keçməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının tə­min edilməsi tədbirləri davam etdirilir.

Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə,  2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycan Res­publikasından Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti sər­həd naryadı tərəfin­dən aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­­zi qapadılmış və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəti­cədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olma­ları müəyyən edil­­­miş, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil veriliblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdi­ri­lir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam