Ermənilər - işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədib

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədib.
Yenixeber.org: Yanğın Tərtər rayonunun işğal altında olan Talış kəndi ərazisində müşahidə edilir.
Cəbhə xəttində yerləşən Tərtərin Borsunlu kənd sakinlərinin verdiyi məlumata görə, dağlıq yüksəkliklərdə müşahidə olunan alov daha geniş ərazilərə yayılır.