Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Aslan Aslanov daha bir nəfərin cəzalandırılmasını istəyir

 

Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov Vəkillər Kollegiyasına şikayət məktubu yazıb. A.Aslanov Lamiyə Quliyevanın keçmiş nişanlısı, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədovun cəzalandırılmasını tələb edir. 

"Xeberinfo.com":  Məlumata görə, Musavat.com-un redaksiyasına daxil olan məlumatı vəkil təsdiqləyib. O deyib ki, A.Aslanovun ərizəsi haqda ona məlumat veriblər: “Aslan Aslanov Vəkillər Kollegiyasına barəmdə şikayət ərizəsi göndərib. Yazır ki, guya mən onun şərəf və ləyaqətini alçaldan hərəkətlər etmişəm”.
Vəkil deyir ki, Aslanov VK-ya göndərdiyi məktubun altına imza atmazdan əvvəl onu təhdid edib, hədə-qorxu gəlib:
img1748502“Mən ona müraciət edirəm. Yoldaş Aslanov, hüquqlarını müdafiə etdiyim şəxsi müdafiə edərkən lazım olan faktların, yeni halların araşdırılması istiqamətində bir hüquqşünas kimi axtarışlar aparmağım mənim vəzifə borcumdur. Düşünmürdüm ki, bu sadə həqiqət barəsində məlumatsızsınız. Əziyyət çəkməyin. Mənə qarşı təhdid və hədə-qorxularınız nəticə verməyəcək. Bir neçə gün əvvəlki hədələrinizə, təhdidlərinizə də əhəmiyyət vermirəm. Vəkillər Kollegiyasına əsassız şikayət ərizəsi verməklə mənə təzyiq edə biləcəyinizi düşünürsüzsə, yanılırsınız! Hüquqlarını müdafiə etdiyim şəxsin müdafiəsi istiqamətində əldə etdiyim və eyni zamanda cəmiyyətimizə məlum olan faktlarsizin maraqlarınıza zidd ola bilər. Vüqarın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimə maneəçilik törətmək kimi mənasız işdən də əl çəkin!”
Vəkil deyib ki, Aslanovdan əvvəl də barəsində şikayət edənlər olub: “Bir qism şəxslər var ki, çəkişdikləri tərəfin vəkilinin olmasını belə qəbul etmirlər. Təəssüf ki, Aslanov da belələrindəndir. O da digəriləri kimi hüquqlarını müdafiə etdiyim şəxsin vəkili olmasını qəbul etmək istəmir, mənə qarşı Vəkillər Kollegiyasına əsassız şikayət ərizəsi göndərib.Təbii ki, onun ərizəsi də digəriləri kimi rədd olunub.Aslanov öz-özlüyünüzdə belə təzyiq göstərməklə fikirləşir ki, Vüqar Əliyevin müdafiəsinin həyata keçirilməsinə maneəçilik törədəcək. Lakın çox yanılır! ÇünkiVüqar Əliyevin müdafiəsi tərəfimdən sırf qanuni yolla və faktlarla həyata keçirilir.Diqqətinizə çatdırmaq istərdim ki, siz bu addımı atmaqla mənim prinsipiallığımı daha da sərtləşdirirsiniz. Düşünməyin ki, köməksiz, çarəsiz, arxa-dayaqsız, hüquqi savadları aşağı səviyyədə olan insanları həbsxanalarda dustaq etdirməklə, sifarişlərlə qadın, yeniyetmə, cavan, yaşlı – bir sözlə sadə Azərbaycan vətəndaşlarının həbs olunmasına nail olmaqla haqq üzərində qələbə çalmısınız. Siz lap əvvəldən uduzmusunuz. Dövlətinsizəinamından sui-istifadəedəndə, dövlətin gücündən şəxsi məqsədləriniz üçün istifadə edəndə uduzan tərəf olmusunuz…
Bilin ki, təxribatlarınıza qarşı özünümüdafiə gücünə malik daha cəsarətli Azərbaycan vətəndaşları var. Hətta hüquq-müdafiə fəaliyyətimin həyata keçirilməsi zamanı ədalətin bərqərar olması uğrunda şəhid olmağa da hazıram!”da hazıram!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam