Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azəryolservis” ASC ləğv olunacaq?

 

Nəqliyyat sektorunda yerdəyişmələr müxtəlif mülahizələrə yol açıb.

"Xeberinfo.com":  Məlumata görə, “Azəryolservis” ASC sədri Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyinatı, bu qurumun rəhbəri Arif Əsgərovun isə nəqliyyat nazirinin müavini gətirilməsi ilə bağlı fərqli rəylər var. Bu təyinatları siyasi aspektdən dəyərləndirənlər hesab edirlər ki, hökumət nəqliyyat naziri Ziya Məmmədovun çevrəsində dəyişikliklər etməkdədir. Nazirin kurasiyasında olan icra başçılarının da yerlərinin dəyişdirilməsi belə düşünməyə rəvac verib.
Eyni zamanda isə neftin ucuzlaşması ilə əlaqədar yarana biləcək böhranı qabaqlamaq üçün addımlar atıldığı bildirilir. Vergilər Departamentinin, ardınca Torpaq və Xəritəçəkmə Komitəsinin, daha sonra “Azərenerji” ASC-nin ləğvi struktur islahatları kimi qiymətləndirilir. Ehtimal olunur ki, “Azəryolservis” ASC də eyni taleyi yaşaya bilər.
İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bu versiyanın gündəmdə və real olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu qurumun saxlanması əlavə izafi xərcdir. N.Cəfərlinin fikrincə, qurumu ləğv edib nazirliyin nəzdində şöbə yaxud departament yaradılması mümkündür.
N.Cəfərli deyir ki, dünya praktikasında təyinatı olanlar ictimaiyyətə görüləcək işlər haqda məlumat verir: “Azərbaycanda bu praktika yoxdur. Əslində müəyyən məlumatlar dolaşırdı ki, struktur islahatı olacaq. Çünki “Azəryolservis” ASC-nin saxlanması izafi xərcdir.
Ümumiyyətlə, nazirlik iqtisadi fəaliyyətlə məşğul olmamalıdır. Amma bizdə iqtisadiyyata müdaxilələr edilir. ASC və QSC yaratmaqla məşğuldurlar. Görünən budur ki, idarəemədə optimallaşdırmaya meyllənmə gedir. “Azəryolservis” nazirliyin tərkibinə qaytarıla bilər. Bu ehtimal böyükdür”.
Bununla belə, ekspert güman etmir ki, kadrların dəyişikliyi idarəetmədə ciddi nəticələrə gətirib çıxaracaq: “Buna yeni kadr dəyişikliyi demək olmaz. Çünki təyinatlar eyni sektorda oldu. Sadəcə, keçmiş rəis daha yüksək vəzifəyə çəkildi. Təyinatların idarəetmədə müsbət irəliləyişə yol açacağı fikrini söyləmək çətindir. Amma dəmir yollarının rekonstruksiyası haqda hökumətin planı var.
Eyni zamanda Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilişində problemlər meydana gəlib. Bu layihənin işə düşməsi üçün problemlər həll olunmalıdır. Əgər bu istiqamətlərdə dönüş olacaqsa, o zaman dəyişikliklərin uğurlu olduğunu söyləmək mümkündür. Amma köklü dəyişiklik olacağı inandırıcı deyil”.

“Azəryolservis” ASC-ni ləğv edib, Nəqliyyat Nazirliyinin tərkibində həmin sahəni idarə edə biləcək şöbə yaratmaq mümkündür”. Bunu isə axar.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. O, sözügedən qurumun Nəqliyyat Nazirliyinə birləşdirilməsinin mümkün olduğunu, lakin əsas məsələnin idarəetmənin effektivliyinə söykəndiyini bildirib: “Azəryolservis” ASC-ni ləğv etmək elə də böyük iş deyil. Məsələ ondadır ki, cəmiyyət şəbəkələşmiş geniş strukturdur və regionlar üzrə yol tikinti idarələri var. O idarələri və ştatları ləğv etmək olmaz. Çünki daima yollara nəzarət etmək lazımdır. Strukturlaşmada əsas məsələ maliyyələşdirilmə yox, həmçinin idarəetmənin effektivliyidir.
“Azəryolservis” ASC-ni ləğv edib, Nəqliyyat Nazirliyinin tərkibində həmin sahəni idarə edə biləcək şöbə yaratmaq olar. Lakin bu da büdcəyə çox gəlir gətirməyəcək. Bu məsələdə əsas hədəf yolların standartlara uyğun olmasıdır, lakin bunu hələlik görmürük”.

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam