Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Oliqarxların “Azəryolservis” uğrunda savaşı bitir: Ziya Məmmədovun kadraları “vurulur”!

 

 Saleh Məmmədovun yeni müavini kimdir, kimlərin kadrıdır və hansı maraqlara xidmət edir?

Xeberinfo.com: Neft gəlirlərinin azalmasının oliqarxlar arasında büdcə vəsaitinin bölüşdürülməsi uğrunda mübarizəni şiddətləndirəcəyi ilə bağlı proqnozlar özünü doğrultmaqdadır. Əldə etdiyimiz məlumata görə, oliqarxların hazırda əsas diqqəti Ziya Məmmədovun əlindən alınan nəqliyyat sektoruna, daha dəqiqi isə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə (ASC) yönəlib. Məlumata görə iqtidardakı  qruplaşmalardan ikisi “Azəryolservis” ASC-ni öz nəzarətlərinə almaq üçün birgə hərəkət edirlər.

Cavid Qurbanovun gedişindən başlayan “Azəryolservis”i “özününküləşdirmək” uğrunda mübarizə artıq sona çatmaq üzrədir. Xeberinfo.com-a daxil olan məlumatda qeyd edilir ki, “Azəryolservis”in yeni sədri Saleh Məmmədov Ziya Məmmədovun “ulduzunun söndüyününün” fərqindədir və mövqeyini qorumaq üçün hakimiyyətdə söz sahibi olan iki oliqarxla əlaqələr yaratmağa, onların dəstəyini almağa çalışır. Həmin oliqarxlar da bu fürsətdən yararlanıb, “Azəryolservis” üzərində nəzarəti öz əllərinə almağa çalışır. Artıq bu istiqamətdə konkret addımlar da atılıb.

Nüfuzlu general-oliqarxlardan birinə yaxınlığı ilə seçilən, əslən Naxçıvandan olan və son günlərə kimi Bakı şəhər İcra Hakimiyyətinin idarələrindən birində rəis müavini olmuş bir  şəxs “Azəryolservis” ASC-nin sədr müavini postuna gətirilib. Yaxın günlərdə bu şəxsin  təşəbbüsü ilə “Azəryolservis”in mərkəzi aparatında və yerli qurumlarında ciddi kadr dəyişiklikləri gözlənilir...

 Bu məlumatda yer alan vacib detalları dəqiqləşdirdikdən sonra, həmin şəxsin kimliyi ilə bağlı məlumatı da açıqlayacağıq. Hələlik isə onu qeyd edək ki, “Azəryolservis” ASC-nin rəhbərliyində baş verən son təyinatdan sonra Ziya Məmmədova yaxın kadrların mövqeyinin tamamilə sarsılması müşahidə olunur. İndi onların bəziləri əllərini hər şeydən üzüb vəzifədən çıxarılacaqları günü gözləyirlər. Bəziləri isə “Azəryolservis” rəhbərliyində güclənməkdə olan yeni qruplaşma ilə yaxınlaşmağa çalışaraq mövqelərini qorumağa çalışırlar.

Belə görünür ki, büdcə vəsaitinin yönələcəyi azsaylı qurumlardan olan “Azəryolservis” ASC-də mövqe savaşları artıq ikinci-həlledici mərhələyə daxil olub.

Mövzunu diqqətimizdədir.

Vidadi

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam