Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“TRAMADOL” SATAN ŞƏXS SAXLANILDI

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan yenixeber.org-a  verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Zaur Mustafayev şübhəli şəxs qismində rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan satış məqsədi saxladığı 58 ədəd “Tramadol” həbləri aşkar edilib.

Dindirilmə zamanı Z.Mustafayev həmin həblərin ona məxsus olduğunu və satmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam