Bakıda evdə yeni doğulan uşaq dünyasını dəyişib.

Yenixeber.org: Hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. Həmin qəsəbədəki nömrəsiz evdə yaşayan Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü M. Y. yaşadığı evdə təbii doğuş həyata keçirmək istəyib. Heç bir həkim iştirakı olmadan M. Y. oğlan uşağı dünyaya gətirsə də, yeni doğulan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.