Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı polisindən - vətəndaşın döyülməsi ilə bağlı iddialara cavab

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis əməkdaşlarının vətəndaşı döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Yenixeber.org: İdarənin Mətbuat Xidmətindən verilən bildirilib ki, polislərin vətəndaşı təhqir etməsi, yaxud fiziki təzyiq göstərməsi ilə bağlı iddialar əsassızdır:

"Videogörüntüdən də aydın görünür ki, polislərin hər hansı qeyri-etik hərəkətləri müşahidə olunmur. Polisin vəzifəsi ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır. Polis əraziyə çağırış üzrə yaxınlaşaraq mübahisə tərəflərindən birini ərazidən uzaqlaşdırır. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir".

Məlumata görə, hadisə dekabrın 24-də 18:40 radələrində paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Mübahisə sürücü S.Dursunovla ərazidə nəqliyyat duracağının nəzarətçisi S.Əzimov arasında baş verib. Tərəflər arasında yaranan mübahisənin qarşısını almaq üçün ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları onları müvafiq olaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verib. Tərəflər şöbədə dinlənilib, onların izahatı alınıb. Mübahisənin tərəflərinə aralarında baş verən narazılığın əsassız olaraq baş verdiyini bildirməklə orada barışaraq şöbədən sərbəst buraxılıb.

Qeyd edilib ki, mübahisə zamanı tərəflərdən heç birinin yanında azyaşlı övladı olmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam