Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEO

Bakıda qaydaları pozan avtobus sürücüsünün görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Yenixeber.org: 10 TG 364 dövlət qeydiyyat nişanlı, 165 nömrəli müntəzəm marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Hüseynbala Əliyev küçəsində qoşa xəttin tələblərini pozaraq əks istiqamətdə hərəkətini davam etdirib.

Sürücü qarşıdan gələn nəqliyyat vasitələri ilə toqqumaqdan son anda xilas olub. Öz zolağı ilə hərəkətdə olan “Ford Transit” və “London taksi”si hərəkət istiqamətini dəyişərək qəzanın baş verməsinin qarşısını alıblar.

Avtobusun sürücüsü isə işıqforda yenidən öz zolağına qayıtmaq üçün digər nəqliyyat vasitələrinin önünə çıxıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə görə sürücü barəsində 100 manat və 4 cərimə balı nəzərdə tutulur.

Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasını da nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi də müvafiq araşdırma aparmalıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam