Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rafael Cəbrayılov həbs oluna bilər – Baş Prokurorluğa şikayət ediəcək

Rafael Cəbrayılov həbs oluna bilər – Baş Prokurorluğa şikayət ediəcək

Keçmiş deputat Rafael Cəbrayılov həbs oluna bilər. 

Yenixeber.org: Keçmiş deputatın borclu olduğu şəxslər artıq Baş Prokurorluğa şikayət etmək niyyətindədirlər. Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslər dünən bu qərara gəliblər. Bu həftə içində onların Baş Prokurorluğa müraciət edəcəyi gözlənilir.

Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb. Həbs olunacağından ehtiyatlanan keçmiş deputat borc sahiblərinə villasını satacağını və borcu geri qaytaracağını bildirib. Lakin hələ də villasını sata bilməyib. Bu isə borc sahiblərinin səbr kasasını daşırıb.

Əldə etdiyimiz məlumata görə, borc sahibləri Rafael Cəbrayılovun sadəcə vaxt udmaq istədiyini düşünürlər. Onların fikrincə, keçmiş deputat da qardaşı kimi ölkəni tərk etməyə hazırlaşır. Bunun üçün isə ona müəyyən qədər vaxt lazımdır. O, “villamı satışa çıxarmışam” deməklə və “borc qalmaqalı”nda bütün təqsiri qardaşının üzərinə yıxmaqla həm məsuliyyətdən yayınmağa, həm də  borc sahiblərini arxayın salmağa çalışır. Bu müddət ərzində isə Azərbaycandakı əmlaklarını satıb ölkəni tərk etməyi düşünür. Artıq borc sahibləri tam əmindirlər ki, keçmiş deputat onlarla oyun oynayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam