Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Direktordan şok addım: Aktrisa uşağını itirdi

 

Azərbaycanda direktordan şok addım:

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevi məhkəməyə verir.

Yenixeber.org: Bu haqda Ş.Cəbrayılova özü bildirib. Aktrisa qeyd edib ki, direktoru məhkəməyə verməsinə səbəb övladının tələf olmasıdır:

"Hamilə olduğum üçün truppa müdirinə əvvəlcədən bildirdim ki, yay qastrollarının yalnız üçündə iştirak edə biləcəyəm. Çünki həkim icazə vermir. Buna baxmayaraq, qastrollarda iştirak etdim. Amma dördüncü qastrola gedə bilmədiyim üçün xəbərim olmadan əmrimi verib, məni işdən çıxarıblar".

Hazırda vəziyyətinin ağır olduğunu deyən aktrisa, aidiyyatı qurumlara, həmçinin məhkəməyə müraciət edəcəyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı teatr da açıqlama yayıb.  Açıqlamada qeyd olunur ki, aktrisa Şəbnəm Cəbrayılova 15 gün müddətində üzürsüz səbəbdən işə çıxmayıb:

“Rayonlara təşkil olunmuş qastrol səfərlərinə getməkdən heç bir üzürlü səbəb göstərmədən imtina etmişdir. Bununla da o, dövlət müəssisəsinin iş rejimini bilərəkdən və qəsdən pozmuşdur. İşdən çıxarıldıqdan sonra guya hamilə olduğunu və işdən çıxarıldığına görə uşağını itirdiyini bildirən aktrisa Şəbnəm Cəbrayılova iddia etdiyi hamiləliyini və ya uşağını itirməsini təsdiq edən heç bir rəsmi sənədi teatra təqdim etməmişdir”.(ölke)

Azərbaycanda direktordan şok addım:

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam