Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda binanın çökməsi nəticəsində yaxınlıqdakı evə və restorana da ziyan dəyib (FOTO)

Bakıda yaşayış binasının uçulması nəticəsində digər yaşayış evinə və aşağı mərtəbədə olan obyektə də ziyan dəyib.

Yenixeber.org: Qəza ötən axşam saat 20 radələrində baş verib. Öncə divar qatı uçulan evin bir qədər sonra eyvanı və otağın çölə baxan hissəsi də çöküb.

İkimərtəbəli yaşayış evinin birinci mərtəbəsində olan restoranla yanaşı, qonşuluqda olan digər evin eyvanı da ziyan görüb.

Ev sahibinin verdiyi məlumata görə, yaşayış binası uzun zamandır qəzalı vəziyyətdədir. Yaxınlıqda tikilən yeni binanın qazıntı işlərindən sonra ev tamamən təhlükəli vəziyyətə düşüb.

Qeyd edək ki, bu gün Bakının mərkəzində 2 mərtəbəli yaşayış binasında uçqun olub. Hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasında baş verib. 20-yə yaxın ailənin yaşadığı köhnə tikili qəzalı vəziyyətdə olub. Son günlər mütəmadi yağışların yağması binanı daha da təhlükəli vəziyyətə salıb və binanın bir tərəfində uçqun olub. Əraziyə qazın və elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumları və Nəsimi rayon İcra hakimiyyətinin əməkdaşları yollanıb.

Bakıda binanın çökməsi nəticəsində yaxınlıqdakı evə və restorana da ziyan dəyib (FOTO)Bakıda binanın çökməsi nəticəsində yaxınlıqdakı evə və restorana da ziyan dəyib (FOTO)Bakıda binanın çökməsi nəticəsində yaxınlıqdakı evə və restorana da ziyan dəyib (FOTO)Bakıda binanın çökməsi nəticəsində yaxınlıqdakı evə və restorana da ziyan dəyib (FOTO)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam