Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycana gizli yolla qızıl əşyalar keçirən - Özbəkistan vətəndaşı saxlanılıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac piyada gömrük nəzarəti xəttinə daxil olan Özbəkistan Respublikası vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub.

Yenixeber.org: Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı xanım vətəndaşın əl çantasının və çamadanının içərisindən gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi çəkisi 80 qram olan qızıl-zinət əşyaları - 2 cüt sırğa, 3 ədəd üzük, 1 ədəd boyunbağı, çəkisi 1 qram olan 4 ədəd yaşıl rəngli qiymətli daş, 1 ədəd üzərində "Maktain 222083" yazısı əks olunan qol saatı və 1 ədəd lupa aşkarlanıb.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi çəkisi 117 qram olan 4 ədəd üzük, 4 cüt üzük-sırğa dəsti və 1 ədəd boyunbağı aşkar edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam