Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü DANIŞDI: - (VİDEO)

“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü DANIŞDI:

Bakının Nərimanov rayonunda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb.

Yenixeber.org:  Elvin Qasımzadə  açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır:
“Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”.

Elvin Qasımzadə bildirib ki, hadisəni eşidən bütün yaxınlar narahat olublar: “Dünəndən telefon zənglərim dayanmır. Haqqımda bilmədən yazanlar, paylaşanlar da şərəfsiz insanlardır”.

O açıqlamasında hadisəni törədən şəxsin avtomobil nömrəsini də açıqlayıb:

"Hadisə Dədə Qorqun parkının yaxınlığında işıqforda baş verib: “Mən avtomobillə hərəkət edərkən işıqforun qırmızı işığı yandı. Bu zaman mən saxlasamda qarşımda olan 10-GN-002 dövlət qeydiyat nişanlı “Volkswagen Passat” markalı avtomobil 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurdu. Bundan sonra mən qızı ağır vəziyətdə götürərək xəstəxanaya çatdırmışam. Hadisə ilə bağlı hazırda Nəsimi rayon Dövlət Yol Polisinə dəvət olunmuşam”.

Faktla bağlı araşdırma aparılır.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam