Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

MSK növbəti iclasını keçirdi

 

MSK iki məntəqədə nəticələri ləğv etdi

 

"Xeberinfo.com":  Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Məlumata görə, iclasda Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.
Qurum 70 saylı Masallı Şəhər Seçki Dairəsində Musaküçə bələdiyyəsi üzrə 34 və 35 saylı məntəqələrində keçirilən seçkinin nəticələrini ləğv edib.
İclasda 59 saylı Salyan Seçki Dairəsində Qızılağac, 79 saylı İmişli Seçki Dairəsində Novruzlu, 71 saylı Masallı Kənd Seçki Dairəsində Ərkivan və Qızılavar, 79 saylı İmişli Seçki Dairəsində Yalavac, 74 saylı Lənkəran Kənd Seçki Dairəsində Kərgəlan, 119 saylı Ağdam Kənd Seçki Dairəsində Quzanlı, 57 saylı Kürdəmir Seçki Dairəsində Şilyan, 112 saylı Qax Seçki Dairəsində Vərnə, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində Kərimli, 52 saylı Quba Seçki Dairəsində Küpçal-Dağlı və 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Ağamalıoğlu bələdiyyələrindən daxil olan müraciətlərə də baxılıb, həmin müraciətlər təmin edilməyib.
Sonda cari məsələlərə baxılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam