Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK-da növbəti iclas keçirildi

 

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Xeberinfo.com":   APA-nın məlumatına görə, iclasda 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda 79 saylı İmişli Seçki Dairəsində Xəlfəli bələdiyyəsi üzrə 23, 24 və 25 saylı seçki məntəqələrində, 76 saylı Lənkəran-Astara Seçki Dairəsində Mamusta bələdiyyəsi üzrə 1, 2 və 3 saylı seçki məntəqəsində, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsində Təklə bələdiyyəsi üzrə 23 və 24 saylı seçki məntəqəsində, 78 saylı Lerik Seçki Dairəsində Mollalan kənd bələdiyyəsi və 7 saylı Masallı Şəhər Seçki Dairəsində Çaxırlı bələdiyyəsi üzrə seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq dairə seçki komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul edilib.

12 saylı Qax Seçki Dairəsində Qax bələdiyyəsi, 14 saylı Xəzər Seçki Dairəsində Türkan bələdiyyəsi və 102 saylı Samux-Şəmkir Seçki Dairəsində Balacəmilli bələdiyyəsi üzrə seçki məntəqələri ilə bağlı daxil olan şikayətlər MSK-nın Ekspert Qrupu tərəfindən araşdırılıb və bu şikayətlərin əsassız olduğu qənaətinə gəlinib. MSK məsələni səsə qoyaraq şikayətlərin təmin olunmaması ilə bağlı qərar qəbul edib.

İclasın sonunda cari məsələlərə baxılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam