Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

FHN:Əsgər görüşündən dönən 5 nəfərin ölümü barədə açıqama

 Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

 

Yenixeber.org:  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlum olub ki, "Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub.

Belə ki, "Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb. Qəza nəticəsində "Mercedes"də olan 5 nəfər ölüb.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, "Mercedes" markalı avtomobildə olanlardan dördü bir ailənin üzvləri imiş və onlar əsgər görüşündən qayıdırmış.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam