Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Bakıda dostunu öldürən naxçıvanlı ilə bağlı –Yeni xəbər

 Bakının Səbail rayonunda dostunu küçədə qətlə yetirən Əli Nağıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenixeber.org:Məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 30-na təyin edilib.

İttihama görə, 8 fevral 2017-ci il tarixində Səbail rayonunun Bayıl qəsəbəsində Naxçıvan sakini, 1985-ci ildə Əli Nağıyev dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra ölkə hüdudlarını keçərək, Gürcüstan respublikasına gedib.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində axtarış verib. Bu ilin iyununda Əli Nağıyev həbs edilib, iyunun 27-də Gürcüstandan Bakıya ekstradisiya olunub.

İstintaqın gəldiyi nəticəyə görə, Əli Nağıyev dostu ilə dalaşaraq onu bıçaqlayıb. Bıçaqlanan şəxs hadisə yerindəcə ölüb. Əli Nağıyev dostunu küçədə qan içində qoyaraq qaçıb və hüquq-mühafizə orqanlarının əlinə keçməmək üçün qonşu ölkədə özünə sığınacaq tapıb.

Əli Nağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.(Teleqraf.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam