Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakıda OLAY: Kişi 24 yaşlı arvadını polisə verdi

Bakıda OLAY:Kişi 24 yaşlı arvadını polisə verdi

Paytaxtın Suraxanı rayonunda 28 yaşlı M.Y. öz 24 yaşlı həyat yoldaşı T.İ.-ni oğurluqda günahlandırıb.

Yenixeber.org: Yanvarın 8-də həyat yoldaşı dörd min manatdan artıq pulu evdən çıxarıb. Kişi qadının bu pulları hara xərclədiyini bilmir. Hələlik faktla bağlı heç kim saxlanılmayıb.

Ümumiyyətlə, son vaxtlar polislər bir-birini ittiham edən cütlüklərlə bağlı faktlara daha tez-tez rast gəlirlər. Evli cütlüklər artıq öz daxmalarındakı mübahisələri, davaları ictimailəşdirməkdən çəkinmirlər. Özü də bu hal xüsusilə cavan ailələrdəki cütlüklər üçün xarakterikdir.

Yeri gəlmişkən, sutka ərzində paytaxtda 47 oğurluq faktı qeydə alınıb.

Qeyd edək ki, ötən ilin yanvarında Bakı sakinlərindən biri nəinki öz arvadını oğurluqda ittiham edib, hətta onu dəmir barmaqlıqlar arasına saldırıb. Oğurluq haqqında ərizə Binəqədi rayon Polis İdarəsinin 7-ci bölməsinə 30 yanvar 2018-ci il tarixində daxil olub.

Belə ki, 39 yaşlı zərərçəkmiş 2017-ci ilin 16 noyabrından 2018-ci ilin 27 yanvarınadək onun evindəki seyfdən 57 min 700 ABŞ dolların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırma zamanı məlum olub ki, pulları kişinin arvadı (adamların adını etik məsələlərə görə yazmırıq -red.) oğurlayıb.

O da müəyyən edilib ki, qadın ərindən oğurladığı pulları öz sevgilisinə verirmiş. Bununla əlaqədar olaraq qadın və onun sevgilisi saxlanılıb. Oğru sevgililər cinayət məsuliyyətinə cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam