Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qanunsuz satılan tərəvəz toxumları aşkarlandı- FOTOLAR

 

Qanunsuz satılan tərəvəz toxumları aşkarlandı - FOTOLAR
Rusiya Federasiyasında müasir tərəvəz sortlarının toxumçuluq və seleksiyası ilə məşğul olan və satışını reallaşdıran şirkətlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.
Yenixeber.org: AQTA-dan  verilən xəbərə görə, müraciətdə qeyd olunur ki, Şəmkir rayonunda onlara məxsus əmtəə nişanı altında KURAJ F1 hibridinin saxta qablaşdırmada olan saxta toxumları satılır.



Bununla bağlı Agentliyin əməkdaşları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlilikdə Şəmkir rayonu, Kür qəsəbə yolu ünvanında Məmmədov Zeynalabdin Məcid oğluna məxsus “Məcidoğullar” mağazasına baxış keçirib. Baxış zamanı məlum olub ki, qaldırılan məsələ ilə yanaşı adıçəkilən ünvanda xeyli sayda mənşəyi məlum olmayan, ölkədə qeydiyyata alınmayan, istifadə müddəti bitmiş bitki mühafizə vasitələri, aqrokimyəvi vasitələr, pestisidlər və tərəvəz toxumları satılır.



Faktla bağlı protokol tərtib olunub və bu əməllərlə məşğul olan şəbəkənin aşkar edilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələri və toxumların satışına nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam