Yenixeber.org: Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb, orada aşkarlanan 1953-cü il təvəllüdlü Karmanova İvesta Andrey qızının meyitini aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.