Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Masallıya qonaq gedən gənc itkin düşüb

    

Masallıya qonaq gedən gənc itkin düşüb
On gün əvvəl Bakıdan Masallı rayonuna gedən şəxs itkin düşüb.
Yenixeber.org: Əslən Masallı rayonunun Səmidxanlı kəndindən olan, valideynləri ilə birlikdə Bakışəhərinin Xətai rayonunda yaşayan 1995-ci il təvəllüdlü Əlibəyli İlkin Namiq oğlu 10 gün əvvəl evdən xəbərsiz çıxaraq Masallı rayonuna, bacısının qaldığı Alışqanlı kəndinə gedib.

Orada bir gün qaldıqdan sonra xəbərsiz olaraq evi tərk edib və naməlum istiqamətdə gedib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminə və Xətai Rayon Polis İdarəsinə müraciət olunub. Lakin hər hansı bir məlumat yoxdur.

İtkin düşdüyü ehtimal edilən İ.Əlibəylinin boyu 175 sm, saçları qaradır. Bir gözündə çəplik var. Sol qolunda böyük ölçüdə qara xal var. Fiziki cəhətdən sağlam görünsə də, əqli cəhətdən qüsurludur. Evdən çıxanda əynində cins şalvar, qara köynək və idman ayaqqabıları da olub.

Onu görənlərdən və yaxud məlumatı olanlardan 050 470 29 70 və ya 055 660 38 70 nömrələrinə zəng vurmaları xahiş olunur. (Report)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam