Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Facebook”dakı şərhə görə öldürüldü

 

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtsakinləri Elsevər Məmmədov və Nurlan Dünyamalıyevə, Samir Məmmədov, Fuad Heydərov və Abbas Abbaslıya hökm oxunub. Onlar 11-ci sinif şagirdi Mobil Abdullayevi qətlə yetirməkdə təqsirli biliniblər.
"Xeberinfo.com": Məhkəmə bu nəticəyə gəlib ki, Mobil Abdullayev “facebook”da yazdığı bir şərhə görə öldürülüb.
Araşdırmalar üzə çıxarıb ki, məktəbli Mobil Abdullayev penitensiar xidmət nəzarətçisi geyimində şəkil çəkdirərək “facebook” səhifəsində yerləşdirib. Üzərinə “Privet, voram” (“Oğrulara salam”) yazılan fotoya ard-arda şərhlər gəlib. Elsevər Məmmədovun yazdığı şərh mübahisə doğurub. Oğrular aləmi nümayəndələrini Mobil Abdullayevin söyməsi mübahisəni lap qızışdırıb. Söyüşlər davam etdikcə digər şərh müəllifləri daha da qəzəbləniblər. Beləcə, Mobil Abdullayevi virtual məkandan reallığa – “məsələni aydınlaşdırmağa” çağırıblar. Görüş Binəqədi şosesinin 4-cü döngəsində – “Davud” marketin önündə gerçəkləşib.

Təqsirləndirilən Elsevər Məmmədov məhkəmə ifadəsində belə deyib: “Mobili həyatda tanımırdım. “Facebook”dakı dostlar siyahımda idi. Divarındakı şəklinin altına yazdığım şərhə cavab olaraq ana-bacı söyüşü yazdı. Yazdım şərhini sil, baxdım ki, daha da qızışır. Mən də ona yazdım ki, gəl, üzbəüz görüşək. Aprelin 2-ə “Davud” marketin qabağına görüş təyin etdik. Onunla görüşəcəyimi dostlarım Fuad Heydərova, Abbas Abbaslıya, Nurlan Dünyamalıyevə dedim. Onlar da mənə qoşuldular, gəldik marketin qabağına”.
Elsevər Məmmədov “başının dəstəsi” ilə marketə yaxınlaşanda qarşı tərəfin də bir neçə nəfərlə gəldiyini görüb.

Məhkəmə “işlərin mayası” sayılan Elsevər Məmmədova 3, onunla gəlmiş və qətli törətmiş Samir Məmmədova 14 il həbs cəzası kəsib.
Samir Məmmədov məhkəmə ifadəsində Mobil Abdullayevi bıçaqla vurduğunu boynuna alıb.
Təqsirləndirilən Nurlan Dünyamalıyevə 8 ay həbs kəsilib. Onun cəza müddəti bir aydan sonra bitəcək. Fuad Heydərovla Abbas Abbaslı isə şərti cəzalandırılıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam