Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mobil rabitə tarifləri ucuzlaşacaq

 

Yaxın vaxtlarda Azərbaycanda fəaliyyət göstərən bütün mobil rabitə operatorları arasında olan mübadilənin, yəni arabağlantı tarifi 1 dəqiqə üçün 0,05 manatdan 0,03 manata endiriləcək.
 
"Xeberinfo.com":  Report xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov məlumat verib.
 
Onun sözlərinə görə, mobil xidmətlərin ucuzlaşması üçün əsas dövlət tərəfindən olan imkanlar mobil operatorlar arasında olan tənzimlənmə funksiyalarının Nazirlik tərəfindən daha da sadələşdirməkdən ibarətdir.
 
"Bu o deməkdir ki, indi 0,05 qəpiyə olan tarif 0,03 qəpiyə endirilirsə, bu mobil xidmətlərin qiymətlərinin aşağı düşməsi üçün yeni imkanlar yaradacaq. İkinci tərəfdən, mobil operatorlar arasında olan tənzimlənmə, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu da mobil operatorlara imkan verir ki, qiymətləri aşağı salsınlar. Amma nəzərə alın ki, mobil xidmətlər dövlət tərəfindən tənzimlənməyən, ancaq rəqabət əsasında formalaşan qiymətlərdir", - Ə.Abbasov qeyd edib.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam