Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Karvan"da etiraz aksiyası

karvan ticaret merkezi

Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzinin icarədarları martın 31-də etiraz aksiyası keçiriblər.

Xeberinfo.com:  Şəhər sakinlərindən Ramin Həsənov AzadlıqRadiosuna deyib ki, etiraz aksiyasının keçirilməsinə səbəb icarə haqlarının qaldırılmasıdır: «İki ay bundan öncə danışıqlar olub. İcarəhaqqı 300 manatdan 150 manata endirilib. İndi, iki aydan sonra yenə də «Karvan»ın sahibləri icarə haqlarını 300 manata qaldırmaq istəyirlər. İcarədarlar aksiya keçirməklə buna yol verməyəcəklərini nümayiş etdirdilər».

Ramin Həsənovun deməsinə görə, aksiyaya çoxsaylı icarədar qatılıb. Hətta onlar Sumqayıt şəhər İcra Hakimiyyəti binasının önünə yürüş belə etmək istəyiblər: «Amma şəhər icra nümayəndələri, polis əməkdaşları hadisə yerinə gəldilər, icarədarları dinlədilər. İndi verilən icarəhaqqının qaldırılmayacağı bildirildi. Həm də söz verdilər ki, bu məsələyə bir əncam çəkəcəklər».

Ramin Həsənov deyir ki, bu məsələ həllini tapmasa, icarədarlar haqlarını qorumaq üçün Prezident Administrasiyasına yürüş etməyi belə nəzərdə tuturlar.

Ötən il dekabrın 21-də baş verən devalvasiyasından sonra ölkənin bir sıra rayon və şəhərlərində etirazlar başladı. Həmin vaxt «Karvan» Ticarət Mərkəzinin icarədarları da aksiyalar keçirmişdilər. Bundan sonra orada icarə haqları 300 manatdan 150 manata endirilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam