Məmur oğlunun öldürdüyü 17 yaşlı gəncin qanı batır
Məmur övladı tərəfindən balası öldürülən ana haray qoparır. Bu il maşınla vurulub öldürülən 17 yaşlı balasının qanı batırılır.
“Xeberinfo.com": Məlumata görə, bu barədə “Azərbaycanın kriminal həyatı” adlı səhifədə şikayət yerləşdirilib.
Zərərçəkmiş tərəfin vəkili Səbuhi Axundovun verdiyi məlumata görə, bu il iyulun 19-da Fərid Fərhad oğlu Hümbətov Sumqayıt şəhəri 6-cı mkr dairəsinin yaxınlığında Heydər Əliyev parkının kənarındakı piyadalar üçün nəzərdə tutulmuş səkidə, Sərxanov Emin Məhəmməd oğlu idarə etdiyi, Nəqliyyat Nazirliyinə məxsus 10-NT-695 dövlət qeydiyyat nişanlı “Samand” markalı maşınla vurulub. Yüksək sürətlə vurulan F.Hümbətov dünyasını dəyişib. Sonradan məlum olub ki, qəzanı törədən E.Sərxanov NN-nin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 1 saylı Yolların Mühafizəsi İdarəsinin rəis müavini Məhəmməd Sərxanovun oğludur.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, hazırda istintaq davam edir. Mərhum F.Hümbətovun anası istintaqın 02.08.2014-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınıb. Qəzadan sonra təqsirkar tərəfin məmur atası və digər vəzifəli qohumları mərhumun anasını ələ alaraq hadisəni törətmiş E.Sərxanovun əməlini ört-basdır eləməyə çalışıblar. Mərhumun anası buna razı olmadıqda təqsirkar tərəf başqa üsullara əl atmağa başlayıb.
Vəzifəsinə və puluna güvənərək mərhum F.Hümbətovun qanını ortalıqda batırmaq və oğlunun cəzadan qurtarmaq üçün təqsirkarın atası M.Sərxanov zərərçəkmişlərə “Mənim imkanım da çatır, oğluma 2-il iş alıb evimdə otuzduracam” deyib. Bundan sonra hansısa səbəbdən cinayət işi istintaq şöbəsinin rəis müavini Fizuli Əhmədovdan alınaraq digər müstəntiq Abbas Bağırova verilir.
Cinayət baş verən gündən 3 ay sonra mərhumun heç vaxt atalığını görmədiyi, nikahlarına 2007-ci ildə xitam verilmiş, aliment belə ödəməkdən boyun qaçırmış və nəhayət mərhumun anasını döydüyünə görə 17.03.2008-ci il tarixdə Sumqayıt Şəhər məhkəməsi tərəfindən Cinayət Məcələsinin 132-ci maddəsilə təqsirli bilinərək məhkum olunmuş atası Fərhad Hümbətov istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını tələb edib. Bunun heç də illərdir boşandığı arvadını himayəsində olan uşaqlardan xəbəri olmayan atanın istəyi olmadığını, sadəcə hadisəni törədən məmur oğlunun məhsuliyyətdən azad olunmasına göz yumacaq fiiqur kimi M.Sərxanovun məkirli niyyəti olduğunu yaxşı anlayırıq. Bu gün istintaq zərərçəkmişin hüquqi varisi kimi tanınmağa haqqı belə olmayan insanın ərizəsini qəbul edərək, işi məhkəməyə göndərməklə göz yaşı içində boğulan ananı, illərdir balasına bir qəpik də aliment ödəməyən atanın qarşısına çıxarmaqla bu olayda təqsirlinin sözünü deyəcək fiqur formalaşdırır. Məlum məsələdir ki, atanın zərərçəkmişin hüquqi varisi kimi tanıdıb, sonra “barışdıq şikayətim yoxdu” dedirtməklə oğlunu sığortalağı planlayan məmur qanunun aliliyini unudub.
Mərhumun anası ölkə başçısına, Baş Prokurora və DİN-nin istintaq idarəsinin vəzifəlilərinə haray çəkir:
“Bir yoxsulun qanını batırmaq prosesi gedir. Kömək edin! Qoymayın vəzifəsindən, pulundan, əlaqələrindən istifadə etməklə bir yoxsulun 17 il əl qabarı ilə böyütdüyü uşağının qanını batırsınlar.
İllərdir alimenti ödəmək üçün İcra məmurlarının belə tapa bilmədiyi atanı tapıb hüquqi varis olmağa hansı maraq və kimlər gətirib?! Bu cür çirkin oyunlardan istiifadə edən məmura dur deyin!!! Törətdiyi əmələ görə dediyi kimi 4 il məntəqə tipli alıb evdə oturacaqsa bu biçarə ananın ahını kim yeyecək?!”