Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ziya Məmmədovun işçilərinə cinayət işi açıldı

 

 

 

Nəqliyyat "qoçuları"na cinayət işi açıldı

 

         "xeberinfo.com": Bakı şəhər prokurorluğundan əldə etdiyimiz məlumata görə, "Yeni Avtovağzal Kompleksi"nin yaxınlığında Nəqliyyat Nazirliyinin "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin əməkdaşları Əhmədov Rəşad Yahuzər oğlu, Həsənov Fərid Kamil oğlu və qeyrilərinin Həsənov Vüsal İlqar oğlunun idarə etdiyi "Mercedes Benz E220" markalı 10-NN-595 dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə avtomobilə minib sonuncunun sənədlərini tələb etmələri, daha sonra V.Həsənova qarşı zor tətbiq etməklə ona bədən xəsarətləri yetirmələrində əsaslı şübhələr olduğundan həmin fakta görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam