Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qadının 63 minlik qızılını oğurladılar -VİDEO - FOTO

Qadının 63 minlik qızılını oğurladılar -

 

Paytaxtda zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətinin üstü açılıb

Yenixeber.org:Martın 28-də DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyən edilib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Sərxan Bayramov (saxlanılan şəxs): "İçəri girdim, yataq otağına girib qızılları götürüb çıxdım. Səhər 3 üzük, 1 sırğanı aparıb satdım".

Teymur Şahpələngov (saxlanılan şəxs): "Zəng elədi, getdik göstərdik. 100 manat verdi, ikinci dəfə isə 50 manat".

Qeyd edək ki, mənzilə dəstə üzvü S.Bayramov daxil olub, T.Şahpələngov isə oğurlanan qızıl-zinət əşyalarını satmaq üçün müştəri tapıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar və istintaq hərəkətləri davam etdirilir.

 

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qadının 63 min manatlıq qızılını oğurladılar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam