Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bakıda 23 yaşlı qızdan dəhşətli əməl- ƏRİNİ DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ

 

 

Ötən gecə Bakının Sabunçu rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Sabunçu qəsəbəsi Əbdülkərim Əlizadə küçəsində həyat yoldaşı Vəliyev Nazim Fəxrəddin oğlunu öldürən Vəliyeva Tünzalə Elşad qızının 24 yaşı var
Yenixeber.org: 
Bildirilir ki, 1989-cu ildə anadan olmuş və əslən Qərbi Azərbaycandan olan Nazimlə Gədəbəy rayon sakini Tünzalə Vəliyeva 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşamağa davam ediblər və 2 övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez xanımını döyürmüş. Onun içkili vəziyyətdə evə gəlməsi münasibətləri daha da kəskinləşdirib. Geridə qalan müddətdə Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib.
 
Dünən gənc ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman 24 yaşlı qadın masanın üzərindəki iri meyvəqabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə Vəliyeva tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə öldürücü zərbə endirib. 28 yaşlı Nazim Vəliyev hadisə vaxtı ölüb.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisə vaxtı Tünzalənən bir qolu sınıq olub və gipsdə imiş. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və qızın qolu sınıb.
 
Faktla bağlı cinayət işi açılıb, Tünzalə Vəliyeva tutulub.

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam