Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda hüquqşünas polis qardaşını niyə öldürdü?

 

Yenixeber.org: Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda - 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada qardaşın qardaşını bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 1990-cı il təvəllüdlü Əliyev Əli Murad oğlu cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü ildə anadan olmuş Əliyev Murad Ramazan oğlu isə konq-fu idman növü üzrə peşəkarlaşıbmış.

Bildirilir ki, qardaşı tərəfindən qətlə yetirilən Murad Əliyev Çevik Polis Alayında polis serjantı kimi fəaliyyət göstərirmiş. Hadisəni törədən 27 yaşlı Əli isə bir müddət əvvəl Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Hadisənin baş vermə səbəbinə gəlincə, olay vaxtı evdə onların anası olub. Qardaşlar anaları eyvanda olarkən dalaşmağa başlayıblar. Qadın deyib ki, onlar televizorun pultu üstündəı mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Bu zaman əsəblərinə hakim ola bilməyən Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirərək onu öldürüb. 27 yaşlı oğlan daha sonra evdən qaçıb.


*****

9:38

Bakıda qətl hadisəsi törədilib. Lent.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda Əli Əliyev adlı şəxs qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs hüquqşünas, onun öldürdüyü qardaşı isə polis əməkdaşıdır.

Faktla bağlı cinayət işi açılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam