Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Müsavatçı gənc həbs edilib

MusavatciMüsavatçı gənc Elvin Paşayev saxlanılıb.

Xeberinfo.com:  Məlumata görə, bunu Azadlıq Radiosuna vəkil Nemət Kərimli bildirib.

Vəkilin sözlərinə görə, E.Paşayev yanvarın 23-də saxlanılıb. Həmin vaxtdan yanvarın 25-nə kimi valideynləri övladları barədə hüquq-mühafizə orqanlarından məlumat ala bilməyiblər.

Yanvarın 26-da Nərimanov rayon Məhkəməsi E.Paşayev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

«Elvin sosial şəbəkədə də fəal idi, tənqidi yazılar yazırdı, digər tərəfdən iqtisadi vəziyyət ağırlaşır, hökumət bundan çıxış yolu tapmaqdansa, ictimai-siyasi fəalları həbsə almağı «çıxış yolu» sayır. Odur ki, bu həbs siyasi motivlidir»- N.Kərimli deyib.

E.Paşayev Müsavat Partiyası Qubadlı rayon təşkilatının və partiyanın gənclər təşkilatının üzvüdür. Sumqayıt sakinidir. Sumqayıt Dövlət Universitetinin məzunu, ixtisasca isə filoloqdur. «Hədəf» hazırlıq kursunda müəllim işləyir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam