Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı jurnalistlər güllələndi

 

Rusiya paytaxtında azərbaycanlı jurnalistlər güllələniblər 

“Xeberinfo.com”:  APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, hadisə bü gün paytaxtın Şimal-şərq dairəsində, Malıgina küçəsi 20 ünvanında yerləşən "Vstreça" kafesində baş verib.
 
Belə ki, üç nəfər arasında mübahisə yaşanıb. Nəticədə, onlardan biri tapança ilə digər iki nəfərə atəş açıb. Atəş nəticəsində bir nəfə ölüb, bir nəfər isə əlindən və çiynindən yaralanıb.
 
Ölən şəxsin F. Hüseynov olduğu və onun Novqorod vilayətində "Diaspor" qəzetində çalışdığı bildirilib. Yaralanan 57 yaşlı M. Bəşərovun da həmin qəzetdə jurnalist olaraq fəaliyyət göstərdiyi məlum olub.
 
M. Bəşərov xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin Moskvaya Azərbaycan xalq festivalına ezamiyyətə gəldiyi bildirilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
Azərbaycanlı jurnalistlərə atəş açan şəxsin axtarışları davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam