Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sevinc Babayevanın oğlu həbs edildi

 

 

   “Mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilib. 

"Xeberinfo.com": Bu barədə özünü  musavat.com-a A.Məmmədovun dostu kimi təqdim edən Orxan adlı şəxs məlumat verib. Dostu bildirdi ki, A.Məmmədov barədə bu gün Binəqədi rayon Məhkəməsində keçirilən proses zamanı hökm çıxarılıb. “Favorit” marketdə oğurluq etdiyi iddiası ilə ona qarşı açılan cinayət işinin məhkəmə istintaqı yekunlaşıb və A.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Dostunun bildirdiyinə görə, A.Məmmədov üçün bu qərar gözlənilməz olub. Çünki o, marketdən hər hansı oğurluq etmədiyini daha öncə bildirib və yaxın ətrafına şərə düşdüyünü deyib. Bundan başqa, A.Məmmədova şərti iş veriləcəyi barədə vəd verildiyi üçün o, bu həbsə hazırlıqlı olmayıb. 

S.Babayevanın oğlunu məhkəmədən birbaşa 1 saylı İstintaq Təcridxanasına aparıblar. Ayxan telefonunu, şəxsi əşyalarını dostuna verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam