Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hüquq müdafiəçiləri azadlıqda

 

 

     Bu  gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə hökm oxunub.

    "Xeberinfo.com": Məhkəmə onu və bu QHT-nin digər üzvü Tofiq Qasımovu şərti olaraq 1 il azadlıqdan məhrum edib. Onlar məhkəmə zalından buraxılıblar.

     Bu barədə Turan-a E.Məmmədovun vəkili Fariz Namazlı bildirib. Bundan əvvəl prokuror onların 2 il azadlıqdan məhrum edilməsini istəmişdi. E.Məmmədov mayın 13-də polis tərəfindən saxlanılıb və pul almaqda (182.2.2-ci maddə) ittiham olunur. Bundan əvvəl isə T.Qasımov həbs edilib. Həmin maddə üzrə onların hər ikisini 10 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyirdi.

    Guya E.Məmmədovla T.Qasımovun rayon məmurlarını gözdən salan materialları dərc etməmək üçün onlardan pul istəmələri barədə məmurların ifadələri bu şəxslərin həbsinə səbəb olub. Əvvəlcə T.Qasımov E.Məmmədovun əleyhinə ifadə verib, sonra bundan imtina edib. E.Məmmədov özü hesab edir ki, o, Salyanda korrupsiya faktları barədə məlumatları açıqladığına görə yerli hakimiyyətin təqiblərinə məruz qalır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam