Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fikrət Fərəməzoğlu aclıq edir -Kürdəxanı təcridxanasında

“Jam.az” saytının (Jurnalist Araşdırma Mərkəzi) redaktoru, həbsdə olan jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu) Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında aclıq edir.

Xeberinfo.com:   Bu haqda “Azadlıq”a jurnalistin həyat yoldaşı Faiqə Nüsrəti məlumat yayıb.

Həyat yoldaşı deyir ki, jurnalist avqustun 18-dən aclıq aksiyasına başlayıb: “Fikrət Fərəməzoğlu bu aksiya ilə məhkəməsinin ədalətsiz keçirilməsinə, sifarişlə həbs olunmasına etiraz edir”.

Faiqə Nüsrətinin sözlərinə görə, həyat yoldaşı aclığa başlaması haqda bu gün telefonla danışarkən məlumat verib: “Bunları mənə deyəndə danışığımızı kəsdilər, qışqırdılar ki, “çölə məlumat ötürmə”. Yəni təzyiqlər bu həddədi”.

Fikrət İbişbəyli Fərəməzoğlu ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Jurnalist isə Bakıda fəaliyyət göstərən əxlaqsızlıq yuvaları haqda silsilə yazılarına görə Daxili işlər nazirinin müavini Vilayət Eyvazov və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovun sifarişi ilə həbs olunduğunu deyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam