Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Jurnalistin ailəsi İran səfirliyinə sığındı - FOTO

 

img2235311

Hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı qalmaqal yaranıb. 

Xeberinfo.com:   Jurnalistin vəkilli Elçin Sadıqov təhdid edildiyi barədə xəbər yayıb.

Musavat.com xəbər verir ki, o, noyabrın 2-də baş prokuror Zakir Qaralova, daxili işlər nazairi Ramil Usubova, dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə bununla bağlı müraciət ünvanlayıb. E.Sadıqov müraciətində bildirib ki, 2 noyabr, 2016-cı il tarixdə müdafiə etdiyi Fikrət Fərəməzoğlunun barəsində cinayət işinin materiallarını götürmək üçün DİN Baş Mütəşəkkil Cinayətkartlıqla Mübarizə İdarəsinə gedib. Vəkil iddia edib ki, müstəntiq BMCMİ-nin buraxılış məntəqəsində ondan tələb edib ki, sözügedən idarə və onun əməkdaşları barədə məlumat yaymasınlar. E.Sadıqovun sözlərinə görə, müstəntiq onu “yoxsa bu, sənə və Fikrət Fərəməzoğlunun həyat yoldaşına baha başa gələr” sözləri ilə təhdid edib.

Vəkil müraciətində daha sonra bildirib ki, bu hadisədən az sonra özünün və Fikrət Fərəməzoğlunun barəsində bəzi saytlarda qaralayıcı, həqiqətdən uzaq məqalələr yayılıb.

Mövzu sosial şəbəkədə də müzakirə olunub. Bu müzakirələrə qoşulanlar sırasında F.Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrati də olub. Faiqə xanım yazdığı şərhlərin birində qeyd edib ki, noyabrın 3-dən İran İslam Respublikasının Bakıdakı səfirliyi ona və övladlarına mənzil ayırıb. Onlar həmin məzildə xüsusi mühafizə altında olacaqlar. Amma sonradan o, bu şərhini nəyə görəsə silib.

Xatırladaq ki, Faiqə Nosrati İran vətəndaşıdır.

Fikrət Fərəməzoğlu barəsində 2016-cı ilin iyulun 2-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

elçin sadiqov ile ilgili görsel sonucu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam