Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Türkiyədə 380 biznesmenin həbsinə order verildi –FETÖ ittihamı

feto isid pkk

Türkiyə prokurorluğu 380 biznesmenin həbsinə order verib.

Xeberinfo.com:  Onlar 2016-cı il 15 iyul qiyamının təşkilində ittiham olunan ilahiyatçı Fətullah Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunurlar. Anadolu agentliyinin məlumatına görə, prokurorluq həmçinin şübhəlilərin ofis və evlərində axtarış aparılmasını göstəriş verib. Türkiyənin Ərzurum şəhər məhkəməsi isə bu arada 15 iyul qiyam cəhdində ittiham olunan 2 hərbçini ömürlük həbsə məhkum edib.

Keçmiş polkovnik Murat Koçak və keçmiş mayor Murat Yılmaz ölkədəki konstitusiya quruluşunu zorakılıqla dəyişməyə cəhd etməkdə təqsirli biliniblər. Onların ikisi də ittihamı rədd edirlər. Hər iki hərbçi qiyam vaxtı şəhər jandarmiyası komandanlığının binasında növbə çəkirmişlər.

Türkiyə hakimiyyəti deyir ki, bu qiyamın arxasında, hazırda ABŞ-da yaşayan ilahiyatçı Fətullah Gülən durur.

Ankara Vaşinqtondan onun verilməsini istəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam