Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş Qərargahın 144 əməkdaşı saxlanıldı -Türkiyədə FETÖ əməliyyatı

 

İstanbul prokurorluğu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 144 əməkdaşının saxlanılmasına dair order verib, onlar islamçı müxalifətçi Fətullah Gülənin təşkilatına aidiyyətliyi olmaqda şübhəli bilinirlər.

Yenixeber.org:  Əməliyyat Türkiyənin müxtəlif əyalətlərində aparılıb, artıq 20 şübhəli saxlanılıb. Məlumata görə, onlar FETÖ üzvlərinin istifadə etdikləri ByLock proqramından istifadə edirlər.

Xatırladaq ki, 2016-cı ilin İyul ayının 15-dən 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda baş verib.

Ölkə rəhbərliyi qiyamın yatırıldığını bildirib. Hadisə nəticəsində 240 türk vətəndaşı ölüb, 2 mindən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb. Türkiyə hakimiyyəti çevrilişə cəhddə Gülənin təşkilatını günahlandırıblar, onlar ABŞ-dan onun təhvil verilməsini tələb edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam