Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakıda fəhlələrin etiraz aksiyası –Binanın damına çıxdılar

C1E6EFE3-25B6-4B3B-A9E5-FA81240EAD3A_w987_r1_s

Heydər Əliyev prospektində yeni tikilən sağlamlıq mərkəzinin fəhlələri bu gün etiraz aksiyası keçiriblər.

Xeberinfo.com:   Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından biri Səbuhi Bəşirov məlumat verib. O deyib ki, aylardır maşlarını ala bilmədiklərindən tikdikləri binanın üstünə çıxmaqla etirazlarını bildiriblər:

««Xəzər inşaat» MMC-də çalışırıq. Mən 6 aydır maaşımı ala bilmirəm. Elə fəhlə var ki, 8 aydır maaşını ala bilmir. 100-dən çox fəhləyik, hara şikayət edəcəyimizi bilmirik. Mən kirayədə yaşayıram, vəziyyətim ağırdır. 5 aydır qaldığım evin kirayə haqqını verə bilmirəm. Evdə nə işıq var, nə qaz. Şam yandırıram. XXI əsrdə şam yandırarlar? Özüm rayondanam. Maaşımı ala bilmədiyimdən 5 aydır rayona gedə bilmirəm. 3 uşağım var, onlara həsrət qalmışam».

Səbuhi Bəşirov qeyd edib ki, məsələ ilə bağlı prezidentə müraciət ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar. Ancaq şikayətləri müsbət həll olunmur:
«Şirkətdən deyiblər ki, biz də dövlətdən pul gözləyirik, alan kimi sizin də pulunuzu verəcəyik. Binanın üstünə çıxıb, diqqət çəkmək istəyirdik. Polislər, şirkətin təmsilçiləri gəldilər. Bizə dedilər ki, saat 1-ə kimi pulunuzu alacaqsınız. İndi saat 2-dən keçib, cəmi 30 min pul gətiriblər».
Səbuhi Bəşirov deyib ki, həmin pulu 100-ə yaxın fəhlə arasında bölsələr hərəyə 300 manat pul düşür: «Bu pul bizim haramıza çatar? İndi də deyirlər ki, ayın axırına kimi pulunuzu alacaqsınız. Biz çox pis gündəyik».

Bu deyilənlərə, hələlik, «Xəzər inşaat» MMC-dən münasibət almaq mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam