Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Məmurun qohumu BMW X6-nı gölə aşırdı -Məşhur biznesmenin qızı ilə birlikdə həlak oldu

 

170353_res_01

Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub. 

Xeberinfo.com:  Rusiya KİV-lərinə istinadən xəbərə görə, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.

Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Luqana gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması proseduranda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. Valideyinlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı v magistraturanın birinci kursunda oxuyurdu. Atasını dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Lebedeva ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Platon Lebedevin 19 yaşlı nəvəsi Diana Lebedeva Moskvanın “qızıl gəncliyinə” daxil idi və özünün dəbdəbəli həyat tərzi ilə tanınırdı. Sosial şəbəkələrdə onun dəbdəbəli həyat tərzini əks etdirən çoxsaylı fotolar yer alır.

Diana ilə birlikdə qəzada həlak olan azərbaycanlı məmur oğlunun isə Luqanodakı Amerika məktəbi TASİS-də təhsil aldığı göstərilir. Bəzi mənbələr onun Azər Yaqubov yox, Eyyub Yaqubov olduğunu bildirir. Atası deyir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl danışmışdı və hər şey normal idi. Qəza zamanı avtomobili Yaqubovun idarə etdiyi bildirilir.

Qəzada həlak olan azərbaycanlı gəncin qohumu olan Sübhi Şıxlinski bu yaxınlarda Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən “Vətənə xidmət” ordeni ilə təltif olunub. O, 1964-cü ildə indiki Şəmkir rayonunda anadan olub, Moskva Dövlət Universitetini bitirib və uzun müddətdir Rusiyada dövlət vəzifələrində işləyir.

O, Rusiya hökumətinin Federasiya işləri üzrə nazirinin müavininin müşaviri, milli siyasət nazirinin Katibliyinin rəhbəri, Rusiya hökuməti Aparatının şöbə müdiri və digər vəzifələrdə işləyib. İstisna deyil ki, o, Rusiyadakı azərbaycanlı diasporunun liderlərindən Şahin Şıxlinskinin qohumudur və məşhur Şıxlinskilər nəslindəndir.

Qeyd edək ki, Platon Lebedev 2003-cü ildə Mixail Xodorkovski ilə birlikdə həbs olunub. Ona qarşı iri məbləğdə vergidən yayınma ittihamı irəli sürülmüşdü. Lebedev 10 il yarım həbsdə qaldıqdan sonra 2014-cü ildə azadlığa çıxıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam