Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

MTN işçisi dindirildi: "Yazırlar ki, yanğında əlim var"

MTN işçisi dindirildi:

 

 

Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xeberinfo.com:  Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində ləğv edilmiş MTN-nin əməkdaşı Xəyyam Babayev dindirilib.
O, 2012-ci ildən yanğın baş verən binada yaşadığını və hadisə zamanı evdə körpə uşağının və baxıcının olduğunu deyib. Həmin vaxt uşağı və baxıcını evdən çıxarıb.
MTN əməkdaşı haqqında mətbuatda yazılanlardan danışıb: "Yazırlar ki, bu yanğında mənim əlim var. MTN əməkdaşı olmuşam. Yanğın zamanı özünü atan adamla əlaqəm olub. Həmin adamı tanımıram. Sonradan xəbər tutdum".
MTN-də əməliyyatçı kimi çalışdığını deyən X.Babayev yanğından bir gün əvvəl işdə olduğunu söyləyib:"Avropa Ouunları ərəfəsində növbədə idim. Təhlükəsizlik tədbirləri ilə əlaqədar... Axşam 12-də evə gəlmişəm. Səhəri gün 5-də işə getməli idim. Amma bu hadisədən sonra növbədən azad edildim".
Vəkillərin suallarını cavablandıran MTN əməkdaşı yanğının necə baş verməsi haqda sualları cavablandırıb.
Vəkil İlhamə Həsənova deyib ki, bütün zərərçəkmişlər və şahidlər arasında hadisənin konkret hansı mənbədən çıxması ilə bağlı ifadə verən yeganə şəxs Xəyyam Babayevdir.
X.Babayev isə bu fikrin düzgün səsləndirilmədiyini deyib: "Mən gördüyümü dedim. Necə görmüşəmsə, elə də ifadə vermişəm".
Məhkəmə prosesi davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam