Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Səbəb məlum olmadan məni həbs etməyə kim icazə vermişdi?” - "Yanan bina işi"

Bu gün Bakı Ağlr Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Xeberinfo.com:   Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib.

Prosesdə zərərçəkmiş şəxs qismində Lalə Hüseynova ifadə verib. O, yanğın baş verən zaman evdə olmadığını, mənzilin boş olduğunu, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Hakim Ə.Hacıyev zərərçəkmiş şəxslərdən Alimə Kişiyeva, Mirnizam Həbibov və Toğrul Bağırovun ölkə xaricində oıduğunu məhkəmə iştirakçılarının diqqətinə çatdırıb. İş üzrə digər zərərçəkmişlərin bir qismi isə - Ülvi Hüseynov və Xəyyam Babayevin məhkəməyə teleqram vuraraq istintaqa verdikləri ifadələrini təqdiqlədiyini bildiriblər.

Vəkillər zərərçəkmiş Xəyyam Babayevin məhkəmədə dindirilməsinin vacibliyini bildiriblər. Adıçəkilən şəxsin MTN əməkdaşı olduğunu qeyd ediblər.

Bundan sonra Miryusif Mahmudov MTN əməkdaşlarının məhkəmədə dindirilməsini istəyib: "Mən xahiş edirəm, heç bir sanksiyasız, ordersiz mənim ofisimi dağıdanları, darmadağın edənləri çağırıb məhkəmədə dindirəsiniz. Axı onlara kim icazə vermişdi? Yanğının səbəbi məlum olmadan məni həbs etmək göstərişini onlara kim vermişdi?"

Hakim təqsiləndirilən şəxsə bu məsələ ilə bağlı vəsatət qaldırmağı bildirib.

Məhkəmə prosesi noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilın şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin evindən oğurluq ediblər. Ümumilikdə 429 min 172 manat dəyərində əmlakını ələ keçiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam