Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vüsal Ələkbərov məhkəmə qarşısında -"MTN işi"

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org:  APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş iş adamı Elşən Mədətovun epizodu üzrə dinləmələr olub.

Elşən Mədətov 2008-ci ildə MTN-ə çağırılıb və həbs etməklə hədələyərək ondan 250 min dollar alıblar.

Şahid qismində ifadə verən Kələş Qafarov bildirib ki, kürəkəni Elşən Mədətovla tez-tez görüşüblər: “2008-ci ildə Elşənlə söhbət edən zaman onun vəziyyətinin ağır olduğunu, bank məsələsi ilə bağlı incidildiyini, ona pul lazım olduğunu bildirdi. Elşənin vəziyyəti yaxşı idi, onu bu məlum hadisələrdən sonra pis vəziyyətə saldılar. Mənimlə söhbət zamanı dedi ki, MTN-də narahat edirlər, pul tələb edirlər. Həmin vaxt bu işlərdə ona maddi köməklik etməyimi istədi”.

Kələş Qafarov qeyd edib ki, oktyabr ayında kürəkəninə 5 min dollar, noyabr ayında isə yenə də 10 min dollar, ümumilikdə 15 min dollar verib.

Daha sonra prosesdə zərərçəkmiş iş adamı Mehrac Qurbanovun epizodu üzrə şahidlər dindirilib. Məlumat üçün bildirək ki, Mehrac Qurbanova MTN-nin vəzifəli şəxsləri tərəfindən hədə-qorxu gəliblər və həbs edilməməsi üçün 200 min dollarını alıblar.

Şahid qismində ifadə verən Hüseyn Qurbanov bildirib ki, zərərçəkmiş Mehrac Qurbanov onun qardaşıdır: “2008-ci ilin oktyabr-noyabr aylarında qardaşıma pul lazım olduğunu mənə dedi. O, deyirdi ki, işim dolaşıb, istintaqla bağlı MTN-ə çağırılır. Bunun üçün ona pul lazımdır. Məndə evdə olan 10 min manatımı qardaşıma verdim. O, həmin pulu kimə verməsini bilməmişəm. Amma bildim ki, pulu həbs edilməməsi üçün MTN-də kiməsə verib”.

Şahid qismində ifadə verən İsmayıl Əhmədov qeyd edib ki, Sabirabad rayonunun Həşimxanlı kəndində yaşayır: “Hökumət bizə pay torpağı verib. Həmin pay torpağında yonca əkirik, heyvandarlıqla məşğul oluruq. 2008-ci ilin təxminən oktyabr-noyabr aylarında eşitdim ki, Mehrac şəxsi fermasında olan mal-qaraları satır. Mənim də 3 min manatım var idi. Həmin pula Mehrac Qurbanovdan 30 baş qoyun aldım. Həmin vaxt eşitmişdim ki, Mehrac işə düşüb, buna görə də ona pul lazımdır”.

Daha sonra Vüsal Ələkbərov bir neçə vəsatətlə çıxış edib. O bildirib ki, Səbail rayon Məhkəməsi tərəfindən barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçilib. Vüsal Ələkbərov vəsatətində barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa alternativ qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses martın 16-da davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam