Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elman Rüstəmovun müavini dindirildi -"MTN İŞİ"

 

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Aftandil Babayev “MTN işi” üzrə istintaqda dindirilib.

 

Xeberinfo.com:  Ləğv edilmiş MTN-in generallarının cinayət işi üzrə araşdırmalar zamanı məlum olub ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 2015-ci il sentyabrın 22-dən dinlənilib.
Onun dinlənilməsini sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə general Sübahir Qurbanovun müavini Fizuli Əliyev sifariş verib.
Dinlənilməyə əsas kimi Azad Səlimli və Əflatun Hacıyev ad-soyadlı şəxsin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.
Generalların işi üzrə zərərçəkmiş kimi tanınan Aftandil Babayev istintaqda dindirilib. O bildirib ki, Mərkəzi Bankının idarə heyətinin sədr müavini vəzifəsində işləyir və istifadəsində 493-11-96 nömrəli xidməti telefon var: “Mən xidməti işlə əlaqədar həmin telefondan istifadə edib danışıqlar aparıram. Heç vaxt hüquq-mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam, ora aparılmamışam. Mənə qarşı həmin nazirliyin əməkdaşları tərəfindən hər-hansı qanunsuz tələblər irəli sürülməyib”.
Qeyd edək ki, A.Babayevin dinlənilməsinə başlanılandan 3 həftə sonra Eldar Mahmudov vəzifəsindən çıxarılıb və onun generallarının cinayətlərinin ifşasına başlanılıb. (Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam