Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

«Avtoş»luq edən general oğlu tutuldu

avtoshSürücülük vəsiqəsi əlindən alındı

Xeberinfo.com:  Yol polisinin qətiyyətli davranışı nəticəsində general oğlu məsuliyyətdən kənarda qala bilməyib

Bakıda general oğlu avtoxuliqanlıq etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Bildirilir ki, həmin sürücü bundan əvvəl də avtoxuliqanlıq etdiyi üçün saxlanılıbmış. Həmin vaxt məsuliyyətdən kənarda qala bilsə də, bu dəfə yol polislərinin qətiyyətli davranışı nəticəsində general oğlu cəzasız qalmayıb. Atasının bütün cəhdlərinə baxmayaraq «avtoş» oğulla bağlı materiallar yol polisi tərəfindən toplanılaraq məşkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 500 manat cərimə olunub. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. General atası bu qərardan narazı qalaraq oğlunu haqlı çıxarmaq üçün rayon məhkəiəsinin qərarından apelyasiya şikayəti versə də, ilkin instansiyanın çıxardığı qərar qüvvədə qalıb. Bununla da, general oğlu cərimə ödəməklə yanaşı, sürücülük vəsiqəsi ilə 1 il müddətinə vidalaşmalı olub. Generalın yol polisinə təzyiqlərinə baxmayaraq DYP əməkdaşları hətta, «avtoş» sürücünün inzibati qaydada həbs olunmasına da çalışıblar. Lakin məhkəmə onu cərimə və sürücülük hüquququndan məhrum etməklə kifayətlənib.

Həmin general hərbi sahədə çalışır və kifayət qədər yüksək vəzifə sahibidir. Onun kimliyi barədə araşdırmalarımız davam edir. (Avtosfer.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam