Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Son mitinqlərlə bağlı şok iddia: 50 nəfər mühacirətə niyə gedib?

 Müxalifətin son mitinqləri ilə bağlı şok iddia-50 nəfər mühacirətə niyə gedib?

 

BAXCP sədrinin müavini Əli Kərimlinin saxta arayış satmaqla yüz min avro qazandığını iddia edir; AXCP yayılan xəbərləri təkzib edir 

 

Xeberinfo.com:   Referendum öncəsi ölkə müxalifətinin keçirdiyi üç etiraz aksiyası ilə bağlı şok məlumatlar yayılıb. Belə iddia olunur ki, mitinqə qatılan etirazçılardan 50 nəfər sentyabrın sonlarına qədər mühacir adı ilə Azərbaycanı tərk edib. Onların aksiyaya qatılmalarına səbəb kimi bu amil göstərilir. 
 
Avropa ölkələrinə getmək üçün müxtəlif variantlara əl atan soydaşlarımız getdikləri ölkələrdə özlərini müxalifət fəalları kimi təqdim edirlər. Ancaq medianın araşdırmaları zamanı bəlli olub ki, bu şəxslərin siyasi müxalifətə heç bir aidiyyəti yoxdur. Həmçinin  Avropada yaşayan siyasi fəalların özləri də onların çoxunu tanımır.
Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, ötən ayın sonunda 50-yə yaxın Azərbaycan vətəndaşı Avropa ölkələrinə mühacirət edib. Maraqlıdır ki, mühacirətə gedənlərin əksəriyyəti son zamanlar təşkil edilən mitinqlərdə olanlardır. Belə ki, aksiyaya qatılan bu insanlar bir neçə foto çəkdirməklə buna nail olublar. Müxtəlif yollarla Avropaya daxil olan həmin şəxslərin əksəriyyəti gənclərdir. Onlar daxil olduğu ölkələrdə son aksiyalarda fotolarını yerli qurumlara təqdim edərək, özlərini siyasi müxalifətin tərəfdarları kimi təqdim ediblər.
Hazırda müxtəlif miqrant düşərgələrdə qəbul olunan həmin şəxslərlə bağlı araşdırmalar başlayıb. 
Milli Şuranın mitinqində iştirak edənlərdən mühacirətə gedənlərin çoxluq təşkil etdiyi barədə məlumat da yayılan xəbərlər sırasındadır. Məhz Milli Şuranın 11-17 sentyabr mitinqində gənclərin çoxluq təşkil etmələrini bununla əsaslandırırlar. AXCP sədri Əli Kərimlinin mühacirətə gedənlərə saxta arayışlar verməsi ilə bağlı müdhiş iddialar meydana çıxıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı SİA-ya açıqlamasında Kərimlinin ünvanına şok ittihamlar səsləndirib: “İndi bildiniz, niyə bir qrup gənc Əli Kərimlinin mitinqinə gedirdi? Şəkil çəkdirib, arayış alıb Avropada yaşamaq üçün. Əli Kərimlinin mühacir biznesi ilə məşğul olmağının növbəti sübutudur”.
Onun sözlərinə görə, bir neçə insan “Azadlıq” qəzetinin müxbiri, Hollandiyada yaşayan Fikrət Hüseynli tərəfindən aldadılaraq Avropaya aparılıb və onlardan 2000 avro pul alınmışdı: “Bütün bunlar açıq şəkildə ortalıqdadır. Əli Kərimlinin imzası ilə mitinq şəkli  ilə yanaşı, partiyanın arayışı da verilir. Əksər insanlar Avropada yaşamaq üçün bu cür yollara əl atırlar. Milli Şuranın 11 sentyabr mitinqindən sonra 50 nəfərin mühacir etməsi faktı ilə bağlı ölkənin tanınmış saytı məlumat yayıb. Bu, mətbuata bəlli olan 50 nəfərin sayıdır. Ola bilsin ki, bu rəqəm daha çoxdur. 11 sentyabr mitinqindən sonra Əli Kərimli 50 nəfərə arayışın verilməsi müqabilində 100 000 avro qazanıb. Əli Kərimli üçün əsas olan maddi gəlirin əldə edilməsidir”.
Image result for Gözəl Bayramlı
AXCP sədrinin müavini, Milli Şuranın üzvü Gözəl Bayramlı təmsil etdiyi partiyadan gənclərin mühacirətə gedib getməməsi məsələsinə aydınlıq gətirib. G. Bayramlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Milli Şuranın mitinqindən sonra AXCP-dən kiminsə mühacirətə getməsi ilə bağlı hər hansı məlumat yoxdur:“Belə bir fakt ümumiyyətlə mövcud deyil”.
Qeyd edək ki, referendum öncəsi etiraz aksiyası keçirən müxalif qurum tək Milli Şura deyildi. Müsavat Partiyası da 18 sentyabrda aksiya keçirmişdi. Buna görə də yayılan məlumatların bir ucunun Müsavata da toxunduğu sirr deyil. 
Image result for Yadigar Sadıqov
Müsavat başqanının müavini Yadigar Sadıqov bildirdi ki, kimsə mühacirətə getmək planı varsa, bunun  üçün mitinqdə iştirak edibsə, onun qarşısını almaq imkanı yoxdur: “İstər Milli Şura, istərsə də biz olaq, yalnız bu istiqamətdə bir şey edə bilərik. Kimsə özünü Avropada aktivist kimi təqdim edəndən sonra adətən təşkilata sorğu gəlir. Çünki orada göstərilməlidir ki, hansı təşkilatın üzvü olub, hansı işləri edib. O zaman biz gerçəyi araşdırıb, həmin sorğuya cavab verə bilərik. Təbii ki, reallığa uyğun da cavablar olacaq. Əgər partiya üzvü deyilsə, deyəcəyik ki, üzvümüz deyil, sadəcə olaraq, bir mitinqdə vətəndaş kimi iştirak edib, yaxud partiya üzvüdürsə, yalnız bir mitinqdə iştirak etməyibsə, bütün aksiyaların fəallarından olubsa, buna uyğun da cavabımız olacaq. Kimsə nəsə planlaşdıra bilər, amma onun planının qarşısını almağımız mümkün deyil”.
 
Qeyd edək ki, zaman-zaman Azərbaycanın aparıcı siyasi partiyalarının saxta arayış satmaqla məşğul olduqları barədə dəfələrlə mətbuatda xəbərlər gedib. Hazırda Avropada kifayət qədər Azərbaycandan olan siyasi mühacirlər var ki, onların əksəriyyəti müxalif qurumların əli ilə gediblər. Onların arasında həqiqətən də təzyiqlər ucbatından öz doğma vətənini tərk edənlər də var. Amma partiya rəhbərliyinə müəyyən məbləğdə pul verib, saxta partiya bileti alaraq Avropada sığınacaq alanlar da az deyil. Belə iddialar var ki, saxta arayış əldə etməyin qiyməti aparıcı ana müxalifət partiyalarımızda 2-5 min manat arasındadır. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam