Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DYP əməkdaşlarının rüşvət alması kadrları

 

 

Sosial şəbəkələrdə yenidən yol polisinin rüşvət alması ilə bağlı video paylaşılıb. 
"xeberinfo.com": Həmin video Facebook sosial şəbəkəsində paylaşılıb. Videodan görünür ki, yol polisi sürücünü saxlayıb. O, sürücüdən pul alaraq cibinə qoyur. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu barədə hələlik onlarda məlumat yoxdur. 
Onun sözlərinə görə, hələ həmin video ilə tanış olmayıb. Lakin istənilən halda bu, qanun pozuntusudur: “Ola bilər ki, həmin video çoxdan çəkilib və həmin əməkdaşımız işdən çıxarılıb. Bəlkə də təzə çəkilib. Dediyiniz məsələni araşdırarıq”, - deyə K.Əliyev vurğulayıb.
Rəisin sözlərinə görə, hazırda Azərbaycanda yol polisi sürücülərdən cəriməni nağd şəkildə ala bilməz: “Bu, qanunla yolverilməzdir. Əgər hansısa yol polisi vətəndaşdan pul alırsa, mütləq həmin şəxs idarəyə bildirsin. Dərhal rüşvət alan yol polisi cəzalandırılacaq”.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam